Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanıldı


  • 18:20

Oktyabrın 31-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 64, o cümlədən borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

Oxşar xəbərlər