- 14:46
Tərtər rayonunda yanğın olub.
Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, rayonun Təzəkənd kəndində ümumi sahəsi 84 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.
Tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.