Xırdalanda 15 yaşlı oğlan hündürlükdən yıxılaraq öldü


  • 14:46

Xırdalan şəhərində 15 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb.

E-huquq.az xəbər verir ki, hadisə şəhərin "Kristal Abşeron" yaşayış kompleksində qeydə alınıb.

2010-cu il təvəllüdlü İ.Quliyev ehtiyatsızlıq nəticəsində hündürlükdən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər