“Tarqovı”da 19 yaşlı oğlan öldürüldü - Əmisi saxlanıldı


  • 16:36

Bakının mərkəzində qətl törədilib.

E-hquuq.az xəbər verir ki, hadisə noyabrın 5-i saat 01 radələrində Bəşir Səfəroğlu küçəsində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Yasin Seymur oğlu İbadov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən mərhumun 1987-ci il təvəllüdlü əmisi Babək İbadov tutulub.

Onun əvvəllər məhkum edildiyi və qətli öncədən planlaşdırdığı məlum olub.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Qətlə yetirilən Yasin İbadovun cinsi azlıq nümayəndəsi olduğu və “Rüzgar” adı ilə tanındığı bildirilib. O bu ilin yayında Türkiyədən Azərbaycana gəlib və burada əməliyyat olunubmuş.

Mənbə: Qafqazinfo

Oxşar xəbərlər