Məzmuna keç

Bakı-Quba yolunda yük avtomobilinin vurduğu piyada ölüb

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, Orxan Xuduyevin idarə etdiyi yük avtomobili yolu keçən piyadanı vurub.

Hadisə nəticəsində piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma başladılıb.