- 9 Noyabr 23:43
Bakı şəhərinin Xətai rayonunda yanğın olub.
Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 140 m² olan 4 otaqlı mənzilin dəhlizində 1 ədəd idman avadanlığı, divar kağızı 4 m² sahədə və 2 ədəd taxtadan ibarət qapı qismən yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.