Göygöldə piyadanı avtomobil vuraraq öldürüb


  • 9 Noyabr 23:43

Göygöl rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, hadisə Bakı–Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən qadını vurub. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hazırda hadisə nəticəsində ölən şəxsin kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər