- 00:08
Neftçala şəhərində bazar ərazisində metal və taxta konstruksiyalardan ibarət ümumi sahəsi 300 m² olan, bir dam altında tikilən obyektlərdən 3 ədəd tərəvəz satışı mağazasının yanar konstruksiyaları 100 m² sahədə yanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, digər mağazalar və bazar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
22:54
Neftçala bazarında baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
E-huquq.az xəbər verir ki, yanğının ərazidə daha iri mağazalara keçməsinin qarşısı alınıb.
Yanğın nəticəsində bir neçə meyvə mağazası və piştaxtalar yanıb.
Faktla bağlı araşdırma aparılır.
***
22:20
Neftçala şəhərində bazar yanır.
E-huquq.az xəbər verir ki, yanğın rayon mərkəzindəki köhnə bazarda qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Neftçala Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və xeyli sayda canlı qüvvəsi cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Report