Şamaxıda ikimərtəbəli ev yanıb - VİDEO - YENİLƏNİB


  • 12 Noyabr 21:33

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şamaxı rayonu, Kiçik Xınıslı kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şamaxı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 150kv.m. olan ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində altı otaqlı fərdi yaşayış evinin ikinci mərtəbəsində iki otağın yanar konstruksiyaları 50kv.m, bir otağın tavanı 25 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

***

20:10

Şamaxıda ikimərtəbəli yaşayış evində baş verən yanğın söndürülüb.

E-huquq.az xəbər verir ki, Məhəmmədəmin Rəsulzadə küçəsi, ev 5 ünvanında qeydə alınan yanğın 1964-cü il təvəllüdlü Süleymanov Sədaqət Ağadur oğluna məxsus, ümumi sahəsi 150 kvadratmetr olan iki mərtəbəli, 6 otaqlı evdə olub.

Hadisə zamanı evin ikinci mərtəbəsində yerləşən iki otağın yanar konstruksiyaları, ümumilikdə 60 kvadratmetr sahə və bir otağın taxtadan olan tavanı 25 kvadratmetr sahədə yanıb.

Yanğın nəticəsində ikinci mərtəbədəki bütün əşyalar tamamilə yanıb, evin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğının başvermə səbəbi araşdırılır.

***

19:48

Şamaxı şəhərində ikimərtəbəli evdə yanğın başlayıb.

E-huquq.az xəbər verir ki, 4 otaqdan ibarət iki mərtəbəli anidən alışıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Mənbə: Report

Oxşar xəbərlər