Gədəbəydə oğlunu qətlə yetirməkdə şübhəli bilinən ata saxlanılıb - YENİLƏNİB


  • 09:35

Gədəbəydə 37 yaşlı oğlunu qətlə yetirməkdə şübhəli bilinən ata saxlanılıb.

E-huquq.az xəbər verir ki, Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı İlqar İlyasov saxlanılaraq istintaqa təhvil verilib.

***

Gədəbəydə qətl hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Rayon sakini, 1988-ci il təvəllüdlü R. İlyasov bıçaqlanıb və aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. Mərhumun meyiti müvafiq ekspertiza aparılması üçün aidiyyəti quruma təhvil verilib.

İlkin məlumata görə, 37 yaşlı kişini atası İ. İlyasov bıçaqlayaraq qətlə yetirib. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

Əraziyə prokurorluq və polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər