- 11:56
Samux rayonunun Alıuşağı kəndində “Mercedes” markalı yük avtomobilinin mühərriki və yük hissəsinə yığılan 800 kiloqram kömürün 300 kiloqramı yanıb.
Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Kömürün və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.