DİN ötən gün aşkarlanan silah-sursatın sayını açıqladı


  • 16:11

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, noyabrın 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 11 qumbara, 5 alışdırıcı, 6 tüfəng, 6 patron darağı və 794 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Oxşar xəbərlər