Məzmuna keç

Mənzilin qarşısındakı kamera hansı halda qanunsuz sayılır? – ALİ MƏHKƏMƏ AÇIQLADI

“Ali Məhkəmə izah edir” layihəsinin yeni buraxılışı yayımlanıb.

E-huquq.az xəbər verir ki, budəfəki buraxılışda yaşayış binalarının dəhlizlərində müşahidə kameralarının quraşdırılması ilə bağlı Ali Məhkəmənin hüquqi mövqeyindən bəhs olunub.

Qeyd edək ki, “Ali Məhkəmə izah edir” layihəsinin əsas məqsədi hüquqi məlumatların geniş auditoriya üçün daha əlçatan olmasını təmin etmək, məhkəmə qərarlarının məzmununu və mahiyyətini mürəkkəb hüquqi terminologiyadan mümkün qədər uzaq, sadə və anlaşıqlı formada çatdırmaq, həmçinin cəmiyyətdə hüquqi maarifləndirmənin inkişafına töhfə verməkdir.