- 22 Noyabr 22:04
Noyabrın 22-də saat 22 radələrində 2008-ci il təvəllüdlü E. Sarıyev kəsici alətlə qətlə yetirilib.
E-huquq.az xəbər verir ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 14 yaşlı yeniyetmə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qətlə yetirilən məktəbli Mingəçevir şəhər İ. Kişiyev adına 17 nömrəli tam orta məktəbin şagirdi olub.