Bu gün saat 06:20 radələrində yaşayış binasının uçması səbəbilə xəsarət alan 4 nəfər (3-ü qadın, 1-i kişi olmaqla) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə e-huquq.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Hazırda 2 nəfərin müalicəsi Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.
Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.
Digə şəxslərə isə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
***
11:50
Goranboy şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli altı bloklu yaşayış binasında 2-ci girişinin birinci mərtəbəsində 2 mənzilin döşəməsi və arakəsmə divarlarının uçması ilə əlaqədar 60 ailə evakuasiya edilib.
E-huquq.az xəbər verir ki, bu barədə APA-nın yerli bürosuna Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bildirib.
Qeyd edilib ki, hadisə yerinə müvafiq qurumlar, təcili yardım briqadası cəlb edilib: “Binalarda yaşayan ailələri adiyyatı yerlərə köçürmüşük, zəruri yardımlar göstərilib. Fövqəladə Hallar Nazirliyinin rəyinə uyğun olaraq daha sonra bina ilə əlaqədar işlər aparılacaq”.
***
11:37
Bu gün saat 06:20 radələrində yaşayış binasının uçması səbəbilə xəsarət alan 4 nəfər (3-ü qadın, 1-i kişi olmaqla) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə e-huquq.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Hazırda müalicələri Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.
Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.
***
11:05
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Goranboy şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında uçqun baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən e-huquq.az-a bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Aran Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən, beşmərtəbəli 60 mənzildən və 6 girişdən ibarət yaşayış binasının 2-ci girişinin birinci mərtəbəsində 2 mənzilin döşəməsi və arakəsmə divarlarının uçduğu müəyyən olunub.
FHN-in qüvvələri tərəfindən bina sakinləri təxliyə olunub, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə nəticəsində 4 nəfər yüngül xəsarət alıb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
