"Binaya yeraltı qaz sızıb" - "AFEN Plaza"nın sahibi


  • 11:40

"Binada qaz olmayıb, yeraltı qaz sızıb".

E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "AFEN Plaza"nın sahibi Əbülfət Əliyev deyib.

O, ərazidə yol təmir işləri aparıldığını söyləyib: "Ərazidə böyük, plasmas boru ilə magistral qaz xətti çəkilib. Burada işləyən traktorlar həmin xətti zədələdilər. Ondan sonra dedilər ki, oranı yamayıblar. Görünür ki, yaxşı yamamayıblar və binaya yeraltı qaz sızıb. Zirzəmiyə qaz toplanıb səhər işçi işığı yandıranda partlayış baş verib".

Oxşar xəbərlər