Məzmuna keç

Abşeron Mərkəzi Xəstəxanasında hündürlükdən yıxılan şəxs öldü

Abşeron Mərkəzi Xəstəxanasında hündürlükdən yıxılan şəxs ölüb.

E-huquq.az xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Ölən şəxsin – 1976-cı il təvəllüdlü Hidayət Məmmədzadənin xəstəxanada müalicə aldığı və ehtiyatsızlıqdan binanın 3-cü mərtəbəsindən yıxıldığı deyilir.

Faktla bağlı araşdırmalar aparılır.

Mənbə: Report