Bakıda yaşayış binasında yanğın baş verdi


  • 12:57

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

Bu barədə e-huquq.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin mətbəxində 3 paq.m mətbəx mebeli və 1 ədəd paltaryuyan maşın yanıb.

Yüksək temperaturdan lambirdən ibarət tavanı 5 m² sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər