- 6 Dekabr 21:01
Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, rayon ərazisində "VAZ" və "Hundai" markalı avtomobillər toqquşub.
Nəticədə 1956-cı il təvəllüdlü H.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Əraziyə təcili tibbi yardım biriqadası və polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.