Yevlaxda baş verən yanğında ölü sayı artıb


  • 00:34

Yevvlaxda dekabrın 5-də baş vermiş yanğın nəticəsində ölənlərin sayı artıb.

E-huquq.az xəbər verir ki, fərdi yaşayış mənzilində baş vermiş yanğın nəticəsində ağır xəsarət alan 1967-ci il təvəllüdlü Kamran Mehdiyev müalicə aldığı xəstəxanada həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, dünyasını dəyişib.

Qeyd edək ki, dekabrın 5-də baş vermiş yanğın hadisəsi nəticəsində 1942-ci il təvəllüdlü N. Mikayılova hadisə yerində ölüb, K. Mehdiyev və 1965-ci il təvəllüdlü Y. Vahabova isə xəsarət almışdı.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər