Balakən şəhərində yanğın oldu


  • 7 Dekabr 19:31

Balakən şəhərində yanğın olub.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 45 m² olan taxta və dəmir konstruksiyadan ibarət köməkçi tikilinin dam örtüyü 20 m² sahədə, 1 ədəd pəncərə çərçivəsi və içərisində 1 ədəd yataq dəsti yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər