Məzmuna keç

DİN-dən keçmiş icra başçısının qohumunun törətdiyi qəza barədə açıqlama

DİN-dən keçmiş icra başçısının qohumunun törətdiyi qəza barədə açıqlama

Daxili İşlər Nazirliyi Şabranda baş verən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

E-huquq.az xəbər verir ki, rayonunun Hacıqaraqaşlı kəndi ərazisində şəhər sakini Bəxtiyar Şahverdiyev idarə etdiyi “KİA” markalı avtomobili yolun kənarındakı kanala aşırıb.

Nəticədə avtomobildəki sərnişinlər – rayon sakinləri Vüsal Zəkiyev, Elnur Babayev və onun qardaşı Cəlal hadisə yerində ölüb, sürücü və digər 2 sərnişini xəstəxanaya yerləşdiriiblər.

Faktla bağlı Şabran rayon polis şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, qəza törədən avtomobilin sürücüsü Bəxtiyar Şahverdiyev Şabran Rayon İcra Hakimiyyətinin keçmiş başçısı (1995-2007) Sündüz Babayevanın bacısı oğludur.