Məzmuna keç

DİN məktəb direktorunun düşdüyü qəza ilə bağlı məlumat yaydı

DİN məktəb direktorunun düşdüyü qəza ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

E-huquq.az xəbər verir ki, aprelin 13-ü saat 19 radələrində Şəmkir rayonunun Sarıtəpə kəndi ərazisində şəhər sakini Xəqani Abbasovun idarə etdiyi “VAZ-21214” markalı minik və Tovuz rayon sakini K.Hüseynzadənin idarə etdiyi “DAF” markalı yük avtomobili toqquşub.

Nəticədə X.Abbasov və sərnişini Eyvaz Vəliyev hadisə yerində ölüblər.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

E.Vəliyev Şəmkir rayonu, Dəllər qəsəbəsi Z.Abbasov adına tam orta məktəbin direktoru olub.