- 10 Yanvar 21:50
Bu gün Şamaxı rayonunda baş verən zəlzələ nəticəsində hər hansı dağıntı və ya digər fəsad qeydə alınmayıb.
E-huquq.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyubova məlumat verib.
Onun sözlərinə görə, yeraltı təkanlardan dərhal sonra müvafiq yerlərlə əlaqə saxlanılıb, hazırkı vaxta qədər hər hansı fəsad barədə məlumat daxil olmayıb.
***
19:45
Şamaxı rayonunda zəlzələ olub.
E-huquq.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, Pirqulu stanasiyasından 9 km cənubda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 4 bal, Pirqulu, Şamaxı, Çuxuryurd, Avaxıl, Qızmeydanı, Qaleybuğurd və ətraf kəndlərdə 4-3 bala qədər hiss olunub.
Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.