- 21:12
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, şəhər ərazisində "Chevrolet" markalı minik maşını sərnişin avtobusuna çırpılıb.
Nəticədə minik maşınının sürücüsü 2006-cı il təvəllüdlü R.Süleymanov xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.