22.10.2026
Oğuzda palıd ağaclarını kəsməkdə şübhəli bilinən şəxs saxlanıldı
Hadisə

Oğuzda palıd ağaclarını kəsməkdə şübhəli bilinən şəxs saxlanıldı

Yan 15, 2026

Oğuz rayonunun Padar kəndində palıd növündən olan ağacların kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən Keyti Həsənov saxlanılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.