22.10.2026
İlhamə Quliyevanın bacısı qızı həbs edildi
Hadisə

İlhamə Quliyevanın bacısı qızı həbs edildi

Fev 11, 2026

Azərbaycanın mərhum Xalq artisti İlhamə Quliyevanın bacısı qızı Nigar Həsənova həbs edilib.

E-huquq.az xəbər verir ki, Bakıda kosmetoloq kimi fəaliyyət göstərən N.Həsənova Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 ay 17 gün müddətinə həbs edilib. O, Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham edilir.

Qeyd edək ki, daha əvvəl Nigar Həsənovanın sahibkardan külli miqdarda qızıl-zinət əşyaları, pul vəsaitləri alaraq geri qaytarmaması ilə bağlı xəbər yayılmışdı. O, İ.Quliyevanın bacısı İradə Həsənovanın qızıdır.

Mənbə: Manset.az