Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanıldı


  • 14:28

Fevralın 13-də ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Axtarışda olduğuna görə ümumilikdə 159, o cümlədən borclu şəxs qismində axtarışda olan 121 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb.

Oxşar xəbərlər