Lənkəranda kişi arvadını, sonra özünü ov tüfəngi ilə öldürdü


  • 21 Fevral 22:46

Lənkəran rayonunda iki nəfərin ölümü ilə nəticələnən hadisə qeydə alınıb.

E-huquq.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Kərgəlan kəndində baş verib.

1956-cı il təvəllüdlü Sərhad Məmmədov ov tüfəngi ilə həyat yoldaşı, 1965-ci il təvəllüdlü Balaqız Məmmədovanı öldürüb.

Məlumata görə, Sərhad Məmmədov daha sonra həmin silahla özünü güllələyərək öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər