Kürdəmirdə ağır qəza nəticəsində bir neçə nəfər xəsarət aldı


  • 22 Fevral 23:20

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

E-huquq.az xəbər verir ki, hadisə axşam saatlarında rayon ərazisində baş verib.

Belə ki, hərəkətdə olan minik avtomobili 4 nəfəri vurub. Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə zamanı xəsarət alanların ikisinin azyaşlı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər