- 19:43
Şəkidə yaşayış binasında yanğın hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, yanğın hadisəsi şəhərin M.Ə.Rəsulzadə küçəsində, 180 saylı binanın 2-ci mənzilində qeydə alınıb. Mənzilin İsmayılov Tural Mais oğluna məxsus olduğu bildirilib.
Məlumata görə, ümumi sahəsi 40 kv/m olan evin bir otağında yanar konstruksiyalar tamamilə yanıb. Əraziyə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub və alovun evin digər hissələrinə yayılmasının qarşısı alınıb.
Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının başvermə səbəbləri araşdırılır.