- 21:08
Yevlax şəhərində kafedə partlayışla nəticələnən yanğın baş verib.
E-huquq.az xəbər verir ki, hadisə rayonun Aran qəsəbəsində qeydə alınıb. İlkin ehtimala əsasən, yanğın qaz balonunun partlaması nəticəsində baş verib.
Hadisə zamanı kafenin sahibi; Ruslan adlı şəxs xəsarət alıb. O, dərhal tibbi yardım üçün aidiyyəti üzrə çatdırılıb.
Əraziyə cəlb olunan FHN-in yanğınsöndürən qüvvələri alovu qısa müddətdə söndürüb.
Faktla bağlı araşdırma aparılır.
***
20:28
Yevlaxda kafe yanıb, bir nəfər xəsarət alıb.
Bu barədə e-huquq.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Aran qəsəbəsində ümumi sahəsi 230 m² olan kafenin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.