Marketlərə müştəri kimi daxil olub oğurluq edən şəxslər saxlanıldı


  • 21:59

Xəzər və Nərimanov rayonları ərazisində yerləşən marketlərdən oğurluq edilib.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 28 yaşlı E.Qədirov və 39 yaşlı R.Gözəlov müəyyən edilərək saxlanılıblar.

Onların müştəri qismində daxil olduqları marketlərdən spirtli içki və tütün məmulatları oğurlayaq satdıqları məlum olub.

Saxlanılanlardan E.Qədirovun ictimai nəqliyyatda olan zaman bir qadına məxsus pul kisəsini taladığı da məlum olub.

Faktlarla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər