Şəmkirdə avtomobil 52 yaşlı kişini vuraraq öldürdü


  • 08:55

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, hadisə rayonun Dəllər Daşbulaq kəndində qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Ələkbərov Sərxan Fikrət oğlu idarə etdiyi "VAZ2107” markalı avtomobillə piyada, 1974-cü il təvəllüdlü (52 yaş) Cəfərov İmaməddin Həsən oğlunu vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

  • 26 Fevral 18:20
Bakıda yanğın oldu