Şamaxıda 47 yaşlı qadının qətli ilə bağlı cinayət işi açıldı


  • 15:03

Şamaxıda fevralın 26-da 1979-cu il təvəllüdlü Könül Eminovanın öldürülməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə e-huquq.az-a Şamaxı Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, ilkin araşdırmalarla Könül Eminovanın yetkinlik yaşına çatmayan şəxs tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Oxşar xəbərlər

  • 26 Fevral 18:20
Bakıda yanğın oldu