Azərbaycanda yenidən zəlzələ oldu - YENİLƏNDİ


  • 28 Fevral 23:30

Pirqulu stansiyasından 27 km cənub-qərbdə Şamaxı-Ağsu sərhəddində zəlzələ qeydə alınıb.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Ocağı yerin 7 km dərinliyində yerləşən zəlzələnin maqnitudası 3,6 olub.

Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss edilib.

Qeyd edək ki, fevralın 27 və 28-də Şamaxıda ardıcıl yeddi zəlzələ baş verib.

***

10:40

Şamaxıda fevralın 27-də baş verən və maqnitudası 4.7 olan zəlzələdən sonra afterşoklar davam edir.

E-huquq.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron Xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.

"Həmin zəlzələdən sonra maqnitudası 3-dən yuxarı olan 7 zəlzələ qeydə alınıb. Onlardan ən böyüyünün maqnitudası 3.8 olub. Bu gün baş verən beş zəlzələdən üçü episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Hazırda xırda təkanlar da davam edir", - deyə V.Rafiqqızı bildirib.

Xatırladaq ki, fevralın 27-də Pirqulu seysmoloji stansiyasından 23 kilometr cənub-qərbdə - Şamaxı rayonunda zəlzələ baş verib.

Maqnitudası 4,7 olan zəlzələ yerli vaxtla saat 15:52-də qeydə alınıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, ocağının dərinliyi 13 kilometr olan yeraltı təkanlar episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bal gücündə hiss olunub.

***

09:16

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Pirqulu stansiyasından 23 km cənub-qərbdə Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Yerin 13 km dərinliyində yerləşən zəlzələ ocağının maqnitudası 3 olub. Zəlzələ hiss olunmayıb.

***

08:29

Şamaxıda üçüncü zəlzələ qeydə alınıb.

E-huquq.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin maqnitudası 3.8 olub.

Yeraltı təkanın ocağı 13 kilometr dərinlikdə qeydə alınıb.

***
05:01

Şamaxıda növbəti zəlzələ qeydə alınıb.

E-huquq.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin maqnitudası 3.6 olub.

Yeraltı təkanın ocağı 14 kilometr dərinlikdə qeydə alınıb.

***
02:46

Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

E-huquq.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin maqnitudası 3.0 olub.

Yeraltı təkanın ocağı 8 kilometr dərinlikdə qeydə alınıb.

Oxşar xəbərlər