FHN: 3 yaşlı uşağın barmaqları qapı arasında qaldı, xilasedicilər müdaxilə etdi - VİDEO


  • 12:00

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Gəncə şəhəri, Eminbəyli küçəsində 3 yaşlı uşağın barmaqlarının dəmir qapı ilə çərçivəsi arasında qalması və təhlükəli vəziyyətin yaranması barədə məlumat daxil olub.

Nazirlikdən e-huquq.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər xüsusi vasitələrlə uşağın barmaqlarını dəmir qapıdan çıxararaq xilas ediblər.

Oxşar xəbərlər