Gəncədə ağır qəza: sürücü ölüb


  • 09:22

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, 1961-ci il təvəllüdlü Hacıyev Nəriman Nəcəf oğlu idarə etdiyi "VAZ-21150" markalı avtomobillə Gəncə şəhəri, Natavan-2 qəsəbəsində hərəkətdə olarkən avtomobilin sağ arxa təkərinin dəmir yolu xəttinə dəyməsi nəticəsində idarəetməni itirərək qəza törədib.

Nəticədə sürücü ölüb.

Fakt üzrə cinayət işi başlanılmaqla istintaq aparılır.

Oxşar xəbərlər