Bakıda avtomobil yandı


  • 13:00

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə paytaxtın Yasamal rayonu, Moskva prospektində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə e-huquq.az-a FHN-dən məlumat verilib.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Man” markalı yük avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yük avtomobilinin kabin hissəsi və qoşqunun 2 ədəd ön təkəri yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Oxşar xəbərlər