- 22:14
Bakıda özəl estetik klinikada əl enerjisi ilə müalicə apardığı bildirilən əcnəbi saxlanılıb.
E-huquq.az xəbər verir ki, özbək əsilli İqbol Soliyev bir qədər əvvəl polis tərəfindən tutulub.
DİN-in Mətbuat xidmətindən məlumatı təsdiqləyiblər.
Onunla bağlı araşdırma aparılır. Qeyd edək ki, özbək əsilli İqbol Soliyev “Bionurun sahibi” kimi təqdim olunur. Sosial şəbəkədə onun qəbulunda izdiham yaşanması barədə görüntülər yayılıb.