- 00:51
Abşeron rayonu ərazisində ayrı-ayrı vaxtlarda 3 market, 3 avtomobil və 1 evdən məişət və qızıl-zinət əşyaları, pul, bank kartları, eləcə də maqnitofonların oğurlanması barədə polisə məlumatlar daxil olub.
Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirib.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 28 yaşlı R.Zeynalov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.