Gəncədə avtomobillə moped toqquşdu - Xəsarət alan var


  • 09:36

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az-ın məlumatına görə, şəhər ərazisində minik maşını ilə moped toqquşub. Qəza zamanı mopedin sürücüsü 2008-ci il təvəllüdlü F.Huseynov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər