- 30 Mart 21:52
Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən 1990-cı il təvəllüdlü Natəvan Sofiyeva və onun 2022-ci il təvəllüdlü qızı M.T-nı avtomobil vurub.
Qəza nəticəsində ana və azyaşlı müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar dərhal təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Mənbə: Report