Kirayə yaşadıqları evdə ər-arvadın meyiti tapıldı


  • 10:06

Bakıda ər-arvad kirayə yaşadıqları mənzildə ölü tapılıblar.

E-huquq.az xəbər verir ki, hadisə ötən gecə Xətai rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1969-cu il təvəllüdlü Ayət Məmmədov və 1976-cı il təvəllüdlü arvadının meyiti kirayə yaşadığı Araz Novruzov küçəsi 26 ünvanındakı fərdi yaşayış evində aşkarlanıb.

Onların dəm qazından zəhərlənərək öldüyü bildirilir.

Hazırda faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər