DİN ötən gün aşkarlanan silah-sursatların sayını açıqladı


  • 19:23

Aprelin 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 qumbara, 11 tüfəng və 100 ədəd müxtəlif çaplı patron aşkar ediblər.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Oxşar xəbərlər