- 15:34
Aprelin 5-də Şəmkir rayonu ərazisində Ramal Quliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Şəmkir rayon prokurorluğundan e-huquq.az-a verilən məlumata görə, araşdırma zamanı yetkinlik yaşına çatmayan şəxs tərəfindən rayonun Kür qəsəbəsi ərazisində Ramal Quliyevin qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Yetkinlik yaşına çatmamış rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
***
09:56
Şəmkirdə gənc oğlan qətlə yetirən şəxs tutulub.
E-huquq.az xəbər verir ki, Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Şəmkir rayon sakini, 19 yaşlı Ramal Quliyevi kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən 16 yaşlı F. Paşazadə saxlanılıb.
***
09:38
Şəmkirdə qətlə hadisə baş verib.
E-huquq.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki rayon sakini 2007-ci il təvəllüdlü R.Quliyev bıçaqlanıb. Gənc oğlan xəstəxanaya aparılarkən yolda ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.