- 25 May 09:04
Bakının Kürdəxanı qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, Hacıağa Ələkbərov idarə etdiyi "Ford Tranzit" markalı avtomobillə piyada Lütfi Kərimovu vurub.
Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanıb.