23.10.2026
Cəlilabad sakini Bakıda dəm qazından zəhərlənərək öldü
Hadisə

Cəlilabad sakini Bakıda dəm qazından zəhərlənərək öldü

Apr 7, 2026

31 yaşlı Cəlilabad sakini Bakıda dəm qazından zəhərlənərək ölüb.

E-huquq.az xəbər verir ki, Cəlilabad rayon Maşlıq kənd sakini, 1995-ci il təvəllüdlü Qəhrəman Yadigar oğlu Əliyev Bakı şəhərində yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Mərhum Maşlıq kəndində dəfn olunacaq.

Mənbə: APA