- 11:16
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olmayıb.
E-huquq.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
***
Xəzər dənizində daha iki afterşok qeydə alınıb.
E-huquq.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, zəlzələlərin birinin maqnitudası 3.2, digərinin isə 3 olub.
Zəlzələ ocaqlarının dərinliyi 20 və 21 kilometrdir.
***
Xəzərdə zəlzələ qeydə alınıb.
Bu barədə e-huquq.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Maqnitudası 5.3 olan yeraltı təkan yerli vaxtla 13:05-də 70 km dərinlikdə baş verib.
Zəlzələ Lənkəran, Yardımlı, Lerik, Astara, Cəlilabad, Neftçala 4-3 bal hiss olunub.