Polis 44,3 kiloqramdan artıq narkotik vasitə aşkarladı


  • 21:25

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 10-da ümumi çəkisi 44,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunub.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 42,4 kiloqramdan çox marixuana, 930 qramdan artıq heroin, 1 kiloqramdan çox tiryək və metamfetamin olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Oxşar xəbərlər